Azercell şirkəti abunəçilərini belə aldadır – Şirkət kimə işləyir?backend

Azercell şirkəti abunəçilərini belə aldadır – Şirkət kimə işləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, son günlər mobil operator şirkəti olan \”Azercell\”dən abunəçilərin narazılıqları durmadan artır.

Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.

Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır.

\”Azercell\” təqdim etdiyi qısa nömrələrin hamsına STOP yazıb gönərdikdə belə, yenə də bezdirici reklam sms-ləri ilə abunəçilərini icazəsiz olaraq narahat edir. Şikayətçilər istənilən məsələ ilə bağlı şirkətin çağrı mərkəzinə zəng etsələr də, operatorların kobud davranışı ilə qarşılaşdıqlarını bildirir.

Abunəçilər bildirir ki, şirkət oğurluqlarından əl çəkmir. \”Megabayt yükləyirik, heç bir internet xidmətindən istifadə etmədiyimiz halda, mobil nömrəmizdə megabaytlar yoxa çıxır. Bundan əlavə, istədikləri kampaniyaya icazəsiz olaraq bizi daxil edib pul qoparırlar\”, – deyə şikayətçilər bildirir.

Bildirilir ki, şirkət abunəçilərin əməlli-başlı cibinə girməklə məşğuldur. 5 milyona yaxın istifadəçisi olan mobil operatorun xidmətindən abunəçilərin demək olar ki, əksəriyyəti narazılıq edir. Ümumiyyətlə, \”Azercell\”in xidmət haqqının baha olmasından istifadəçilər şikayətçidir.

Elə buna görə də, şikayət edən abonentlər “Azercell\”dən imtina edərək başqa mobil operatorlara üstünlük verirlər. Çünki ölkədə ən bahalı telefon danışığı mobil operatorluğunu \”Azercell\” həyata keçirir.

İnterpress.az