“Pokrovka Məhərrəm” yenidən həbs olundubackend

“Pokrovka Məhərrəm” yenidən həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Pokrovka Məhərrəm\” kimi tanınan azərbaycanlı iş adamı Məhərrəm Həsənov bu gün İstintaq təcridxanasına gətirilib. Xatırladaq ki, daha əvvəl Moskva vilayətinin İstra rayon məhkəməsi onunla bağlı ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) üzrə araşdırma aparılır.

Qeyd edək ki, \”Pokrovka Məhərrəm\” ilk dəfə bu il martın sonunda həbs olunmuş və Quba rayonundan olan milyarder Qod Nisanovun müdaxiləsindən sonra elə həmin gün azadlığa çıxmışdı.

“Pokrovka Məhərrəm” Moskvanı meyvə-tərəvəzlə təmin edən əsas fiqurlardan biridir, onun “AzFruit” şirkəti Rusiyaya meyvə-tərəvəz idxalında böyük paya malikdir. M.Həsənov azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin sahibi olduqları “Food City” topdansatış meyvə-tərəvəz bazasını idarə edir.

Əslən Şəmkir rayonundan olan M.Həsənov \”Pokrovka Məhərrəm” ləqəbini Moskvanın məşhur \”Pokrovsk” bazarını işlədərkən alıb. 2014-cü ilə qədər qalmaqallı “Pokrovsk” Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi…

Məhərrəm Həsənov və onun qardaşı Rövşən “Azfrut” şirkəti vasitəsi ilə praktiki olaraq bazarın ərazisinə gələn bütün yük maşınlarına (“fura”lara) nəzarət edirdilər. Qeyri-rəsmi məlumatlara görə, Həsənov qardaşları hər maşından 500 dollar “haqq” alırdılar. Bu pulun bir hissəsi bazarın real sahibləri İqor İsayevə və Əliəshab Hacıyevə gedirdi, hansılar ki, \”Yeni Çeremuşki\” şirkətinin təsisçiləri idilər.

\”Pokrovka\”nın bağlanması Azərbaycandan olan Qod Nisanovla Zarax İliyevin mövqelərini gözlənilmədən möhkəmləndirdi, hansılar ki, \”müqəddəs yer boş qalmır” prinsipindən istifadə edib \”Fud-siti” adlı böyük aqroklaster yaratdılar. “Pokrovka”dakı Azərbaycan tacirlərinin əksəriyyəti \”Fud-siti”yə köçdülər və onu Moskvanın ən böyük meyvə-tərəvəz mərkəzlərindən birinə çevirdilər…

İnterpress.az