Cəlilabadda dəhşət – Əmisi oğluna məcburi ərə verilən məktəbli qız intihar etdibackend

Cəlilabadda dəhşət – Əmisi oğluna məcburi ərə verilən məktəbli qız intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə rayonun Bayxanlı kəndində baş verib.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı özünü tövlədə asaraq intihar edib.

İnterpress.az-ın əldə etdiyi məlumatlara görə, A.Kamranova əmisi oğlu ilə adaxlı olub. Amma, o, əmisi oğlu ilə ailə qurmaq istəmədiyini və öz sevgilisinin olduğunu bildirib. Buna məhəl qoymayan valideynləri 16 yaşlı qızı əmisi oğluna məcburi ərə vermək istəyiblər. Aytac isə belə olan təqdirdə sevgilisinə qoşulub qaçacağı ilə bağlı valideynlərinə xəbərdarlıq edib.

Bundan sonra qohumlar arasında münaqişə baş verib. Amma münaqişə öz həllini tapmadığı üçün A.Kamranova intihara əl atıb.

Qeyd edək ki, K.Aytac Bayxanlı kənd tam orta məktəbin 10-cu sinifində oxuyurmuş.

İnterpress.az