Ermənistan səfirliyi üç gənci girov götürüb – TƏCİLİbackend

Ermənistan səfirliyi üç gənci girov götürüb – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Moskvadakı səfirliyinin işçiləri 3 erməni gəncini səfirlik binasının ətrafında girov götürüblər. Yerevandakı mitinqlərə dəstək vermək üçün səfirliyə gələn gənclər səfirlik işçiləri tərəfindən girov götürülərək 6 saat zirzəmidə saxlanılıblar. Bu barədə erməni gənclər Rusiya mətbuatına məlumat veriblər. Polisin müdaxiləsindən sonra gənclər azad edilib. Səfirliyin iki əməkdaşı izahatları alınmaq üçün polisə dəvət edilib.Gənclərdən biri Harutyun Mkrtçyan birbaşa səfirin göstərişi ilə girov götürüldüklərini açıqlayıb.

Ermənistan səfirliyi üç gənci girov götürüb - TƏCİLİ

İnterpress.az