İntihar edən məktəbli qızın oxuduğu sinifdə matəm elan olunub – DİREKTOR DANIŞDIbackend

İntihar edən məktəbli qızın oxuduğu sinifdə matəm elan olunub – DİREKTOR DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu dəqiqə məktəbdə matəmdir. Allaha and olsun, bu dəqiqə siniflərə girirsən, hər yerdə matəmdir, elə bil. Bəlkə də, başqa şagird olsaydı, sinif yoldaşları və məktəb kollektivi düşünərdi ki, yaxşı ki, ondan canımız dincəldi. Ən hörmətli şagirdlərimizdən biri idi. Bu gün məktəbə gələn kimi ilk olaraq, onun oxuduğu sinifə daxil olmuşam. Sinif yoldaşları partaların üzərinə qərənfil düzüblər. Sinif şokdadır. Dünən dərsdə iştirak edən şagird bu gün artıq həyatda yoxdur, nəinki, məktəbdə”.

Bu sözləri İnterpress.az-a açıqlamasında Bayxanlı kənd tam orta məktəbin direktoru Firuddin Qürbətov 10-cu sinif şagirdi Kamranova Aytac Hüseyn qızının intihar etməsindən danışarkən bildirib.

O bildirib ki, məktəbin 10-cu sinif şagirdi olan Kamranova Aytac Hüseyn qızının intihar etməsi ilə bağlı onun oxuduğu sinifdə matəm elan olunub. Direktor bildirib ki, intihar edən məktəbli dərslərində və davamiyyətində intizamlı olub: “Məktəbimizin intizamlı şagirdi olan A.Kamranova aprelin 19-da saat 16:05 radələrində həyətlərindəki yarımçıq tikilidə özünü asaraq intihar edib. Dərsdən sonra olub hadisə. Çox tərbiyəli, qanacaqlı və dərslərə davamiyyətli şagirdlərimizdən biri olub. Bu, təkcə onun valideynlərinin deyil, məktəbimizin itkisidir. Dərslərinə də ciddi yanaşan şagird olub. Davamiyyətində heç bir qüsur və nöqsanlar mən heç vaxt müşahidə etməmişəm. Düzdür, ali təhsil üçün hazırlaşmasa da, dərslərdə çox yaxşı iştirak edirdi. Mən sinif yoldaşları ilə də, sinif rəhbəri ilə danışmışam, maraqlanmışam. Onun heç bir psixoloji problemi və heç bir narahatlığı ümumiyyətlə olmayıb. Sinifdə 10 şagirddən ən tərbiyəlisi biri idi. Şagirdimizin intihar səbəbləri haqqında isə danışmaq istəmirəm. Çünki, hüquq-mühafizə orqanlarında istintaq gedir. Müstəntiqlər araşdırma aparır. Səbəb yaxın günlərdə aşkar olunacaq. Bizim üçün də naməlumdur. Bu hadisə bizim özümüzü də şoka salıb”.

Qeyd edək ki, ötən gün Bayxanlı kənd sakini, 2002-ci il təvəllüdlü Kamranova Aytac Hüseyn qızı özünü tövlədə asaraq intihar edib.

İnterpress.az-ın kənd sakinlərindən əldə etdiyi məlumatlara görə, A.Kamranova əmisi oğlu ilə adaxlı olub. Amma, o, əmisi oğlu ilə ailə qurmaq istəmədiyini və öz sevgilisinin olduğunu bildirib. Buna məhəl qoymayan valideynləri 16 yaşlı qızı əmisi oğluna məcburi ərə vermək istəyiblər. Aytac isə belə olan təqdirdə sevgilisinə qoşulub qaçacağı ilə bağlı valideynlərinə xəbərdarlıq edib.

Bundan sonra qohumlar arasında münaqişə baş verib. Amma münaqişə öz həllini tapmadığı üçün A.Kamranova intihara əl atıb.

İnterpress.az