Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi “Şantaj” maşınını işə saldı – AÇIQLAMAbackend

Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi “Şantaj” maşınını işə saldı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailəsini xəbərsiz qoyan qız 5 gündən sonra nəhayət ki, tapıldı. Rəfiqəsigildə qalan 17 yaşlı qız öz şəxsi hesabından videomüraciət yayaraq məsələyə aydınlıq gətirdi. Məlum oldu ki, məsələ müxalifət düşərgəsinin iddia etdiyi kimi deyil. Hətta Fatimə Mövlanlının anası da açıqlama verərək qızının heç də polis və hüquq-mühafizə orqanları tərəfindən oğurlanmadığını, əksinə, onların onun qızını tapmaq üçün səylərini əsirgəmədiyini bildirdi.

Lakin bütün düyünlər çözüləndən sonra yenidən problemin üzərini qara buludlar aldı. Hansısa formada təsirə məruz qalan, müxalifət düşərgəsindəki hansısa bağlarının ifşa olmasından ehtiyyat edən qızcığaz yaydığı videomüraciəti təkzib edərək hökumət tərəfindən oğurlandığını bildirdi, hətta anası ilə bağlı bir müddət öncə saytımıza verdiyi açıqlamanı da təkzib etdirərək anasının AXCP sədri Əli Kərimlini dəstəkləməsinə dair məlumat yayımladı.

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı BiG.AZ-a danışan Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva 17 yaşlı qızın qəfil belə fikir dəyişkənliyinə uğramasını onun hansısa formada şantaja və təzyiqə məruz qalması ilə əlaqəli olduğunu ehtimal edib:

Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi "Şantaj" maşınını işə saldı - AÇIQLAMA\”Bu günlərdə 17 yaşlı vətəndaş fəalı Fatimə Mövlamovanın itkin düşməsi və bunun üstündə qurulan çirkin kampaniyanın hamılıqla şahidi olduq. İlk gündən siyasi müxalifətin bir qanadının, 17 yaşlı uşağın itkin düşməsinin hüquq mühafizə orqanlarına bağlanmasının, ardınca bunun belə olmadığını öncə 17 yaşlı yeniyetmənin anasından və sonra da öz şəxsi \”Facebook\” hesabından etdiyi müraciətdə öz dilindən eşitdik.

Fatima Mövlamovanın anasının və özünün mediada təkzib müraciətinin səsyazısı olmasına baxmayaraq, növbəti mitinq zamanı yaşlı və təcrübəli müxalifət liderinin (Əli Kərimli və Cəmil Həsənli) çıxışı zamanı bu yeniyetmənin hüquq mühafizə orqanlarında girov saxlanılması haqqında etdiyi emosional psixoloji təhriki ilə, qızın öncə kütlə arasında, ardınca isə öz sosial media hesabında müxalifət liderinin fikirlərinin təsdiqlənməsinin şahidi olduq.

Paralel olaraq eyni camiədə bu günlər ərzində kütləvi şəkildə, siyasi təcrubəsiz yeniyetmənin və özünündən də təcrübəsiz ən əsası övladının gələcəyindən narahat olan bir anasının adına onların fikirlərini dəyişməyə yönəlik, onlara ictimai qınaq yaratmağa hesablanmış, reallıqda isə hər ikisinə psixoloji təsir və təzyiq vasitəsi kimi aparılan çirkin təbliğatın şahidi olduq.

Aydın olan budur ki, Fatima Mövlamova və anasının adından danışan və onun ətrafında bu kampaniyanı aparanların bu qızcığazı və anasını təzyiq etmək üçün hansısa bir təsir vasitəsi var.

Bu təsir vasitələrindən biri də şantajdır. Ehtimal edirəm ki, həmin qızı hansısa formada şantaj edərək bu yola, belə açıqlamalara təhrik edirlər, onu anasının ilk öncə verdiyi açıqlamanı təkzib etməyə təhrik edirlər. Görünən isə odur ki, azyaşlı qız o təzyiqlərdən, şantajlardan qorxaraq məcbur belə formada addım atır. Yeniyetməlik yaşına çatmayan bir xanımı bu formada incitmək heç bir əxlaq kodekslərinə uyğun deyil və cəmiyyətimiz tərəfindən də sərt şəkildə qınanılmalıdır\”.

Millət vəkili Aydın Hüseynov açıqlamasında qeyd edib ki, Əli Kərimli və onun düşərgəsində olan insanlardan hər cür çirkin əməli gözləmək olar, onlar azyaşlı qızı şantaj və təzyiq edərək hər bir sözü dedirdə, həqiqəti belə təkzib etdirə bilərlər:

Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi "Şantaj" maşınını işə saldı - AÇIQLAMA\”Əli Kərimlinin lider olduğu qruplaşmadan hər cür iyrənc əməl gözləniləndir. Ölkəmiz, dövlətçiliyimiz, milli mənəvi dəyərlərimiz onun üçün vahid deyil. Onu ancaq şəxsi ambisiyaları və maraqları öndərdir. Bir insan ki, 17 yaşlı bir qızcığazdan bu formada hökumətə qarşı kart kimi istifadə edirsə belə insanın cılızlığı haqqında fikir bildirməyə dəyməz.

Hər şey gözləniləndir o insandan, şantaj da edərək onun fikrini dəyişdirə bilər, onu dediklərini danmağa, təkzib etməyə sövq edə bilər. Təbii ki, yeniyetməlik yaşına çatmayan bir qızdan bu şəkildə istifadə etmək, onu alətə çevirmək heç bir qanunvericiliyə uyğun deyil və ölkəmizdə bütün insan haqqları yüksək səviyyədə qorunur. 17 yaşlı Fatimənin də hüquqlarının bu şəkildə pozulması və nələrəsə təhrik edilməsini qanun pozuntusu kimi qiymətləndirirəm. Bununla bağlı hərhansısa bir tədbirlərin görüləcəyinə heç şübhə etmirəm, qanunlarımızın aliliyinə heç bir şübhəm yoxdur\”.

İnterpress.az