Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


“Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb

“Time” jurnalı dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını təqdim edib.

Dərc edilib: 20 aprel 2018 [17:33]
Baxış sayı: 9846

İnterpress.az “Report”a istinadən xəbr verir ki, siyasi liderlərin siyahısına ABŞ prezidenti Donald Tramp başçılıq edir.

Onların arasında Britaniya şahzadəsi Harri və onun həyat yoldaş Meqan Markl, Londonun meri Sadik Xan, Şimali Koreyanın lideri Kim Çen In, Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva, İraqın baş naziri Heydər əl-İbadi, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd ibn Salmanın da adları var.

İncəsənət xadimlərinin siyahısında isə aktrisa Nikol Kidman, rejissor Qilermo del Toro, Qal Qadot, Milli Bobbi Braun, aktyor Xyu Cekman və teleaparıcı Cimmi Kimmeli görmək olar.

Bundan əlavə, “Tesla and SpaceX” qurucusu İlon Mask, teleaparıcı Opra Uinfri, “Amazon”un təsisçisi Ceff Bezos da dünyanın nüfuzlu şəxslərinin siyahısına düşüb.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 136