46 qızı zorlayan falçıya cinayət məsuliyyətinə cəlb ediləcəkbackend

46 qızı zorlayan falçıya cinayət məsuliyyətinə cəlb ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən \”ov”layan falçı onları aldadıb zorlayırmış. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar. big.az saytı Daxili İşlər Nazirliyindən həmin falçının həbs edilib-edilməməsi ilə maraqlanıb.

46 qızı zorlayan falçıya cinayət məsuliyyətinə cəlb ediləcək

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov qeyd edib ki, bu məsələ tərəfimizdən araşdırılır: “Əgər iddialar öz əksini taparsa həmin falçı cinayət məsuliyyətinə cəlb ediləcək. Hələki araşdırmalar aparılır”.

İnterpress.az