Novruz Məmmədov baş nazir oldu – SƏRƏNCAM – YENİLƏNİBbackend

Novruz Məmmədov baş nazir oldu – SƏRƏNCAM – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, N.Məmmədov bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri işləyib.

* * *
10:22

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Novruz Məmmədov baş nazir vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Məmmədov Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri olub.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadə olub.

İnterpess.az