Göygöldə içərisində 6 nəfər olan avtomobil qar dərəsinə düşüb » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Göygöldə içərisində 6 nəfər olan avtomobil qar dərəsinə düşüb

Göygöl rayonunda avtomobil qara dərəsinə düşüb.

Dərc edilib: 21 aprel 2018 [22:04]
Baxış sayı: 9271

İnterpress.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hacıkənd-Tülallar yolunda baş verib.

Belə ki, içərisində 6 nəfər olan "UAZ" markalı avtomobil qarlı və küləkli hava şəraiti səbəbindən yoldan çıxaraq tara düşüb. İlkin məlumatlara görə, qar və palçıq səbəbindən sürücünün avtomobilini yola çıxarması mümkün olmayıb. Əraziyə kömək çağıran şəxslər hazırda soyuq hava şəraiti səbəbindən cətinlik çəkdiklərini də bildiriblər.
Ərazi kənd icra nümayəndəliyindən, "Report"a bildirilib ki, həmin əraziyə sepli texnika lazımdır və bununla bağlı Göygöl rayon İcra Hakimiyyətinə məlumat verilib: "Texnikanın cəlb edilərək qar dərəsinə düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlərə başlanılacaq".

Qeydedək ki, hazırda rayon ərazisində qarlı və soyuq hava şəraiti davam edir.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 42