Paltaryuyan maşında narkotik gizlədən İsmayıllı sakini tutulubbackend

Paltaryuyan maşında narkotik gizlədən İsmayıllı sakini tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinden İnterpress.az-a verilən məlumata görə, aprelin 20-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Zərnava kənd sakini Hikmət Abdurəhimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə olan paltaryuyan maşından 662 qram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az