Adil Əliyev nazir təyin edilir? – Millət vəkili açıqlama yaydı: “Bu gün kimisə “facebook” üzərindən hansısa vəzifəyə təyin etmirlər”backend

Adil Əliyev nazir təyin edilir? – Millət vəkili açıqlama yaydı: “Bu gün kimisə “facebook” üzərindən hansısa vəzifəyə təyin etmirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev şəxsi \”facebook\” səhifəsində yazıb. O, Gənclər və İdman naziri təyin ediləcəyi ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib.

“Sizdən artıq dərəcədə xahiş edirəm, statusu siləsiniz. Bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir. Azad müəllim yaxın dostumdur, həm də yaxşı insandır. Federasiya olaraq nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam.

Bu gün kimisə \”facebook\” üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri, cənab Prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Adil Əliyevin Gənclər və İdman naziri təyin ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

İnterpress.az