İlham Əliyev Avropanın ən reytinqli prezidentləri arasında – VİDEObackend

İlham Əliyev Avropanın ən reytinqli prezidentləri arasında – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az moscow-baku.ru-ya istinadən xəbər verir ki, aparıcı programın növbəti buraxılışında Avropanın ən reytinqli prezidentləri barədə danışıb. Onların sırasında Azərbaycan prezidenti İlham Əliyev də var.

Azərbaycanda keçirilən son prezident seçkilərində İlham Əliyev 86%-dən çox səs yığdı. \”Euronews\” telekanalı İlham Əliyevin inamlı qələbəsindən sonra bu nəticəni Avropanın digər dövlət başçılarıyla müqayisə etmək qərarına gəlib. Bu reytinqə yalnız xalqın səsverməsi ilə seçilən prezidentlərin adları daxildir. Macarıstan, İtaliya və ya Almaniya kimi ölkələrdə parlamentin seçdiyi dövlət başçıları nəzərə alınmayıb.

Reytinqin birinci pilləsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev qərarlaşıb. O, keçirilən son prezident seçkilərində 97.8% səs yığıb. İlham Əliyev isə Avropada ən reytinqli liderlərin arasında ikincidir – 86,1% səslə.

Reytinqin digər pillələrində Belarus prezident Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin dayanır.

Fransa prezidenti Emmanuel Makron siyahıda beşincidir – 66.1% səslə. Lakin, o, bu nəticəni seçkilərin ikinci turunda yığıb. Birinci turda yalnız 24.01% səs toplaya bilib.

Xatırladaq ki. Azərbaycanın Konstitusiya məhkəməsi Azərbaycanda prezident seçkilərinin nəticələrini təsdiq edib, və bu həftə İlham Əliyevin inaqurasiya mərasimi olub.

İnterpress.az