“Qarabağ” 6-cı dəfə ölkə çempionu oldubackend

“Qarabağ” 6-cı dəfə ölkə çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu yeganə qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da \”Qarabağ\” mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan \”Qəbələ\” üçün əlçatmaz olub.

Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.

Eyni saatda start götürən \”Neftçi\” – \”Qəbələ\” görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən \”ağ-qaralar\” xallarını 37-yə çatdırıblar və \”Zirə\”ni keçərək, 4-cü pilləyə yüksəliblər.

İnterpress.az