Biləsuvarda qızıl oğrusu tutuldubackend

Biləsuvarda qızıl oğrusu tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə bir gündə iki cinayət faktının üstü açılıb. Otlaq sahəsindən xırda buynuzlu heyvanlar, mənzildən isə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, aprelin 22-də Biləsuvar rayonunun Əsgərabad kənd sakini Rövşən Səfərov DİN-in “102” xidməti-zəng mərkəzinə zəng vuraraq bildirib ki, ərazidəki otlaq sahəsindən ona məxsus 3 baş xırdabuynuzlu heyvan oğurlanıb. “İzti izlər”lə aparılan tədbirlər zamanı elə həmin gün oğurluğu törətmiş şəxsin Biləsuvar rayonunun Dərvişli kənd sakini Mahir Rüstəmli törətdiyi müəyyən edilib. Həmin şəxs saxlanlaraq istintaqa təhvil verilib. Oğurladığı heyvanlar isə ondan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

Keçirilən digər əməliyyat tədbiri ilə isə həmkəndlisinin evindən qızı-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb. Belə ki, aprelin 21-də Biləsuvar rayon Polis Şöbəsinin Səmədabad polis bölməsinə ərazidəki evlərdən birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Biləsuvar rayonu Səmədabad kəndində yaşayan Baloğlan Haqverdiyev olduğu müəyyən edilib. O saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.

İnterpress.az