İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib – RƏSMİbackend

İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, onlardan 176-sı Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 163-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır:

“Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşlarıdır”.

R.Süleymanovun sözlərinə görə, əcnəbilərlə və vətəndaşlığı olmayanlarla Azərbaycan vətəndaşlarının boşanması barədə Komitə tərəfindən müşahidə aparılmır.

İnterpress.az