Hüseyn Abdullayevin Bakı aeroportunda qolu qandallı – VİDEOSU YAYILDIbackend

Hüseyn Abdullayevin Bakı aeroportunda qolu qandallı – VİDEOSU YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Abdullayevin həbsi və ekstradisiyası iki ölkənin arasında əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilib.

Hüseyn Abdullayevə qarşı vergidən yayınma maddəsi ilə cinayət işi başlanılıb.

Bakı aeroportunda Hüseyn Abdullayevin ekstradisiyasını özündə əks etdirən kadrları təqdim edirik

Daxili İşlər Nazirliyindən H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.

Xatırladaq ki, H. Abdullayev \”İnterpol\” tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

Qeyd edək ki, H. Abdullayev iki gün əvvəl Türkiyədə saxlanılıb. O, vergi cinayətlərində ittiham olunaraq axtarışa verilmişdi.

İnterpress.az