Ermənistanda aksiyaların lideri belə tutuldu – Harada olduğu bilinmir – VİDEObackend

Ermənistanda aksiyaların lideri belə tutuldu – Harada olduğu bilinmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Milli.Az-a istinadən bildirir ki, Paşinyanın başçılıq etdiyi aksiyaçılar Erebuni istiqamətə yönələndə onları xüsusi təyinatlı polislər qarşılayıblar.

Toqquşma olub. Polislər aksiya iştirakçılarına qarşı rezin dəyənəklər, səs və işıq qumbaraları, gözyaşardıcı qaz tətbiq ediblər.

N.Paşinyanla birlikdə müxalifətçi deputatlar Sasun Mikaelyan və Ararat Mirzoyan da saxldanılıblar. Onların hamısı Ermənistan parlamentindəki \”Yelk\” fraksiyasının mənsublarıdır.

Sabiq prezident Serj Sarqsyanın baş nazir postuna \”təyinat\”ına etiraz edən ermənilər aprelin 17-dən bəri aksiyalar keçirirlər.

N.Paşinyan Ermənistanda \”məxməri inqilab\” elan edib.

Ötən ilin sonlarında Ermənistanda Konstitusiya islahatlarından və ölkənin parlament üsul-idarəli dövlətə çevrilməsindən sonra ən önəmli səlahiyyətlər baş nazirə keçib.

Aksiya iştirakçıları N.Paşinyanla tutulan deputatların dərhal azadlığa buraxılmasını tələb edirlər.

Dünən səhər saatlarında İrəvandakı \”Marriott Armenia\” otelində Nikol Paşinyanla Ermənistanın baş naziri Serj Sarqsyan görüşüblər.

N.Paşinyan S.Sarqsyana onun baş nazir postundan istefasının şərtlərini təklif edib. S.Sarqsyan müxalifətçi deputatı şantajda suçlayaraq oteli tərk edib.

\”Yelk\” (\”Çıxış\”) fraksiyasından olan deputat Aram Sarisyanın dediyinə görə, tutulmuş deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyanla görüşüb. Ona N.Paşinyanla görüşə icazə verməyiblər.

Tutularaq Sevan polis idarəsinə aparılmış N.Paşinyanın hazırda harada saxlanıldığı bəlli deyil.

Hazırda İrəvanın mərkəzi küçələrində tələbələr etiraz aksiyaları keçirirlər.

İnterpress.az

Videonu izləmək üçün şəklə klikləyin: