Siyəzəndə 27 yaşlı kişi kanalda batıbbackend

Siyəzəndə 27 yaşlı kişi kanalda batıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə aprelin 22-də Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Bayramov Mirzəcan Bayram oğlunun batması barədə məlumat daxil olub.

Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İnterpress.az