Azərbaycanda işdən çıxarılan 250 nəfər etiraz aksiyası keçirdi – 24 saat vaxt verildi – FOTOLARbackend

Azərbaycanda işdən çıxarılan 250 nəfər etiraz aksiyası keçirdi – 24 saat vaxt verildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşdən çıxarılan işçilər aprelin 22-də şirkətin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq narazılıqlarına hüquqi qiymət verilməsini tələb ediblər.

\”Atena” şirkətinin səhmdarlarından biri Arif Rəsulov APA-ya açıqlamasında bildirib ki, xüsusilə satış və mühafizə işində çalışan işçilər işdən azad edilib. Onun sözlərinə görə, zavodun istehsal edilən süd və süd məhsulları başqa firmaya ünvanlanıb: \”İşçilər xəbərdarlıq edilmədən işindən azad edilib. Biz təklif vermişik ki, Müşahidə Şurası verdiyi qərarı dondursun. Əgər verilən qərar qüvvədə qalsa, bütün işçilər öz işini itirəcək”.

Aksiya iki saat davam edib. Tərəflərin müvəqqəti razılaşmasına görə, işsiz qalan işçilərə 24 saat ərzində cavab veriləcəyi bildirilib. Bundan sonra etirazçılar zavodu tərk ediblər.
\”Atena” –nın Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev APA-ya açıqlamasında aksiyanı yersiz hesab etdiyini bildirib: \”Burda heç kim işdən çıxarılmayıb. Sadəcə şirkət xərclərin optimallaşdırılması üçün xərclərin bir hissəsini başqa şirkətə yönləndirib. Onlar bizim əməkdaşlarımızdır. Əmək qanunvericiliyinə görə, belə bir hal olsa, əmək qanunlarına əməl olunacaq. Biz belə qərar verdik ki, yenidən toplanaq və bir qərar verək”.

Azərbaycanda işdən çıxarılan 250 nəfər etiraz aksiyası keçirdi - 24 saat vaxt verildi - FOTOLAR

İnterpress.az