“Hüseyn Abdullayevin həbsi digərlərinə də dərs olmalıdır” — Ehtiyyatda olan generaldan AÇIQLAMAbackend

“Hüseyn Abdullayevin həbsi digərlərinə də dərs olmalıdır” — Ehtiyyatda olan generaldan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ə.Hüseynov “Ölkə.Az”a açıqlamasında deyib ki, Hüseyn Abdullayev yol verdiyi səhvlərinə görə indi cavab verməlidir:

“O, hansı səhvlərə yol veribsə, indi gəlib cavabını versin! İnsan gərək heç zaman yaxşılıqları itirməsin. Heç kəsin ixtiyarı yoxdur ki, prezidenti və vətəndaşı söysün. Əgər kimsə prezidenti təhqir edirsə, deməli, xalqı da təhqir edir. Çünki prezident öz-özünə seçilmir, onu xalq seçir. Ona görə də prezident haqqında nəsə deyən şəxs çalışmalıdır ki, etik normaları pozmasın”.

Deputat qeyd edib ki, Hüseyn Abdullayevin Azərbaycana ekstradisiyası digər adamlara da dərs olmalıdır:

“Yəqin ki, bu, digər adamlara da dərs olacaq. Mən bütün radikal müxalifətçilik edən insanlara müraciət edib deyirəm ki, danışığınıza və hərəkətlərinizə fikir verin, artıq hərəkətlərə yol verməyin, düz işlərdən danışın. Hesab edirəm ki, “demokratiya” adı altında bu cür qeyri-etik hərəkətlər etmək olmaz”.

İnterpress.az