Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin nümayəndə heyətini qəbul edibbackend

Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin nümayəndə heyətini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, N. İbrahimov Azərbaycan diasporu ilə Ümumdünya Ukraynalılar Konqresi arasında qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsinin, eləcə də dünyada güclü diasporlardan olan Ukrayna icmasının təcrübəsinin öyrənilməsinin vacib olduğunu deyib. O bildirib ki, Azərbaycan və Ukrayna diasporu arasında əməkdaşlıq və koordinasiyanın qurulması, xalqlarımızı narahat edən müəyyən beynəlxalq məsələlərlə bağlı birgə fəaliyyət daha effektli ola bilər. Bir sıra beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etməyin böyük əhəmiyyət daşıdığını vurğulayan N. İbrahimov tədricən Azərbaycan və Ukrayna diasporlarının birliyinə, hər iki dövləti və xalqı narahat edən problemlərin həllində birgə fəaliyyətinə nail olacaqlarını söyləyib.

Y. Çoliy isə qurumun Kanada, Belçika və Ukraynada mərkəzi ofislərinin fəaliyyətindən danışaraq bildirib ki, təşkilat dünyada 20 milyondan çox ukraynalını əhatə edir. O, Azərbaycanla və dünyadakı azərbaycanlı təşkilatları ilə yaxından əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Sonra komitənin aparat rəhbəri Nəriman Qurbanın, şöbə müdiri Ruslan Quliyevin, ÜUK-nin Brüsseldə beynəlxalq təşkilatlarla əlaqələrə dair missiyasının rəhbəri Marina Yaroşeyviçin, Ukraynın Azərbaycandakı səfirliyinin birinci katibi Q. Selskiyin və Azərbaycan Ukraynalıları Konqresinin sədri Yuriy Osadçenkonun iştirak etdiyi görüş mətbuata qapalı davam etdirilib.(APA)

İnterpress.az