“Boşalan deputat yerlərinə seçki keçirilə bilər” – Zahid Orucbackend

“Boşalan deputat yerlərinə seçki keçirilə bilər” – Zahid Oruc

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Milli Məclisdə 3 deputat yeri boşdur. Bu və digər hadisələrin fonunda son günlər Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı iddialar da səslənir.

İnterpress.az xəbər verir ki, Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a açıqlamasında deyib ki, əslində boşalan yerlərə seçkilər keçirilməlidir.

“Qanunvericilik boş qalan deputat yerlərinə seçkilərin keçirilməsini tələb edir. Ümidvaram ki, söhbət 2-3 yerdən gedirsə, həmin ərazilər parlamentdə təmsilçisiz qala bilməz. Bu məsələnin mənəvi-siyasi tərəfidir. Hüquqi baxımdan isə Mərkəzi Seçki Komissiyasının belə bir öhdəliyi var ki, xalqın konstitusion hüququnu həyata keçirəndə həmin ərazilər üzrə seçkilər keçirsin və orada yeni deputatlar seçilsinlər”.

Deputat növbəti parlament seçkilərinin keçirilməsinə 2 il qaldığını düşünməyin ciddi hüquqi arqument olmadığını bildirib.

“Kimsə növbəti parlament seçkilərinin keçirilməsinə cəmi 2 il müddətin qaldığını düşünə bilər. Səlahiyyət müddətinin təxminən 60%-i keçib. Bu, ciddi hüquqi arqument sayıla bilməz. Hesab edirəm ki, parlamentə ölkə rəhbəri “kadr bankı” kimi yanaşıbsa və yetərincə istedadlı, qabiliyyətli olan şəxslərindən müxtəlif hökumət strukturlarında istifadə edibsə, belə olan təqdirdə həmin yerlərə seçkilər təyin edilə bilər. Əminəm ki, məsələyə tam hüquqi müstəvidə aydınlıq gətiriləcək”.

İnterpress.az