General Sübahir Qurbanov azadlıqdan məhrum edildi – 14 ilbackend

General Sübahir Qurbanov azadlıqdan məhrum edildi – 14 il

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosedə hökm oxunub. Məhkəmənin hökmü ilə general Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az