Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Taleh Bağırov haqqında hökm qüvvədə qaldı

Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun cəzasının artırılması ilə bağlı məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə proses başa çatıb.

Dərc edilib: 23 aprel 2018 [16:06]
Baxış sayı: 10520

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə Taleh Bağırov apellyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Taleh Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib.
Məhkəmə Taleh Bağırovun cəzasını artıraraq, ona 18 il həbs verib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.

Taleh Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan “Müsəlman Birliy”i Təşkilatının rəhbəri Taleh Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

Məhkəmənin hökmü ilə Taleh Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Taleh Bağırov cəzazını 7 ilini qapalı rejimdə çəkəcək. ( olke.az )

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 133