“Heç kim məni korrupsiyada ittiham edə bilməz” – Səməd Seyidovbackend

“Heç kim məni korrupsiyada ittiham edə bilməz” – Səməd Seyidov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov adının AŞPA-nın müstəqil Araşdırma Qrupunun korrupsiya ilə bağlı hesabatına daxil edilməsi ilə bağlı çıxışında deyib.

“Mən bu gün nələrisə pozanların siyahısına daxil edilmişəm. Əvvəl iclasa gəlmək istəmirdim. Sonra gördüm ki, hadisələr başqa istiqamətdə cərəyan edir. Hesabat hər kəs üçün açıqdır. Orada 43-cü maddəyə baxın. Deyilir ki, cənab Seyidovun hansısa korrupsiya halı ilə əlaqəsi yoxdur. Hamin hesabatda görünür ki, mən araşdırma qrupu ilə əməkdaşlıq etmişəm, onlarla 2-3 saat danışmışam. Guya mən davranış kodeksini pozmuşam. Çünki kimsə mənə e-mail atıb, amma mən yox. 18 ildir AŞPA-dayam. Biz hazırda Prosedur Qaydaları komitəsinin qərarını gözləyirik.

Amma görürəm ki, siz burada qərara kimi hesabatla bağlı təcili müzakirə aparırsınız. 18 ildə kimsə məni korrupsiyada ittiham edə bilməz. Amma məsələ mənim ölkəmlə bağlıdır. Ölkəm sivil dünya ilə birgə yaşamaq istəyir. Müəyyən proses gedir və mən bundan narahatam. Detallara baxın və obyektiv olun. Anlayın ki, məsələ insanlar deyil. Məsələ müstəqil cəmiyyət yaratmaq istəyən yeni müstəqil ölkələr barədədir. Onda sizə hər şey aydın olacaq\”.

Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabat Büroya təqdim olunub. Ötən gün büro hesabatın mətnini açıqlayıb.

Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.

İnterpress.az