Erməni əhalisinin siyasi iradəsi qalib gəldi - Qabil Hüseynli » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Erməni əhalisinin siyasi iradəsi qalib gəldi - Qabil Hüseynli

10 gündən artıqdır ki, Ermənistanda baş nazir Serj Sarkisyana qarşı davam edən etiraz aksiyaları artıq öz nəticəsini verdi. Eks-prezident istefa verməyə məcbur qaldı.

Dərc edilib: 23 aprel 2018 [19:15]
Baxış sayı: 9185

Politoloq Qabil Hüseynli AzNews.az-a Ermənistanda baş verən hadisələri şərh etdi. Onun sözlərinə görə, erməni əhalisinin siyasi iradəsi hakimiyyət üzərində qalib gəldi. Serj Sarkisyanın istefa verməsi Ermənistandakı yerli ermənilərin Dağlıq Qarabağdan gəlmə, Dağlıq Qarabağ klanı üzərindəki ilk qələbəsi oldu:

"Bundan sonra Ermənistanda çox sürətli hadisələrin baş verəcəyi qənaətindəyəm. Tutalım, Respublikaçılar partiyası ilə Daşnaksütyun partiyası söz sahibidir, amma bu, o demək deyil ki, yeni baş naziri istədikləri kimi seçə biləcəklər. Güman edirəm ki, etirazçılar bu məsələni həll edibsə, Prezident seçkilərini də, parlament seçkilərini də yeniləyə bilərlər. Düzdür, bu məsələnin gündəmə gətirilməsi hələ baş verməyib. Amma əminəm ki, üsyançılar, məxməri inqilabçılar imkan verməyəcəklər ki, Sarkisyan öz yerinə özü tipli ya bir daşnakı, yaxud da özünün partiyasından olan radikal millətçini baş nazir postuna gətirsin. Hətta yeni seçilən prezident də istefaya məhkum olacaq. Çünki o da Serj Sarkisyanın namizədi idi, ümumxalq rəğbəti əsasında seçilməmişdi.

Politoloq qeyd etdi ki, Ermənistan hakimiyyətinin bütün strukturlarında ciddi dəyişikliklər gözlənilir. "Zənn edirəm ki, ayağa qalxmış kütlə imkan verməyəcək ki, proses yarımçıq bitsin və bunu sonacan başa çatdırmağa çalışacaqlar. Bundan sonra hakimiyyət tərəfindən qətiyyən zorakı tədbirlərə, həbslərə əl atılmayacaq. Çünki hazırda ordu da tamamilə xalqın tərəfindədir. Bugünədək tutulanların hamısı yəqin ki, artıq azad olunublar. Cəza məsələsinə görə, cəzanı verənlər məsuliyyət daşıyacaqlar. Ümumiyyətlə, bundan sonra Serj Sarkisyan başda olmaqla, bir çox məmurların məhkəmə prosesinin şahidi olacağıq"- deyə, Qabil Hüseynli əlavə etdi.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 43