Bu prospektdə təmir işləri aparılır » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Bu prospektdə təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin bir hissəsində təmir-tikinti işləri aparılır.

Dərc edilib: 23 aprel 2018 [19:49]
Baxış sayı: 9177

Agentlikdən verilən məlumata görə, söhbət prospektin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək olan hissəsindən gedir. Təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2.1 km, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir.

Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asflat-beton örtyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi.

Təmir-tikinti işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 100 min kv.m-ə yaxın sahəni əhatə edəcək.

Qeyd edək ki, işlər “Sabunçu yol qovşağı”ndan şəhər mərkəzinə doğru olan istiqamətdə, 3 hərəkət zolağında aparılır. Bu üzdən həmin zolaqlarla hərəkət müvəqqəti məhdudlaşdırılıb. Hərəkət digər zolaqlara istiqamətləndirilib. Bir istiqamət üzrə aparılan təmir-tikinti işlər yekunlaşdırıldıqdan sonra, əks istiqamətdə anoloji işlərə start veriləcək.

Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcının da yenidən qurulması istiqamətində addımlar atılır. Bu məqsədlə yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb. Yol ayrıcının kənarlarına 4200 paqon-metr yeni səki daşları düzülür, üstünə isə 6400 kv.m sahəyə isə tamet daşları döşənir.

Təmir-tikinti işləri tikinti norma və standartlarına uyğun şəkildə, texnoloji ardıcıllığa riayət edilməkləAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 42