“Körpə qatili Sarkisyan qanla gəlmişdi, qanla da getdi” — Bayram Səfərovbackend

“Körpə qatili Sarkisyan qanla gəlmişdi, qanla da getdi” — Bayram Səfərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

B.Səfərov Ölkə.Az-a açıqlamasında Serj Sarkisyanın Allah tərəfindən erməni əhalisinin əlilə cəzalandırıldığını bildirib:

“Serj Sarkisyan körpə uşaq qatilidir, Qarabağda günahsız dinc insanları qətlə yetirən canidir. O, hakimiyyətə qanla gəlmişdi, qanla da getdi. Serj Sarkisyan təkcə azərbaycanlılara deyil, erməni əhalisinə də zülmlər edib. Ermənistan əhalisi içərisində olan ağıllı insanlar da bunu dərk edirdi. Ermənilər görürdü ki, onları Serj Sarkisyan bu qədər kasıb vəziyyətə salıb, Ermənistanı dünyada rüsvay edib. Ən əsası isə Serj Sarkisyan cənab İlham Əliyev tərəfindən aparılan siyasətin qarşısında daim uduzub. Bütün bunları Ermənistan əhalisi kimi, dünya ictimaiyyəti də görürdü. Ona görə də ağlı başında olan ermənilər Serj Sarkisyanı devirdilər. Əgər ermənilər ağılı başında olan, öz xalqını sevən və sülhsevər Baş nazir seçsələr, onlar ağ günə çıxacaqlar. Əks halda yenə də böhran içərisində boğulacaqlar”.
B.Səfərov qeyd edib ki, İrəvan küçələrində etiraz aksiyaları keçirən əhali aclıq və səfalət içərisində batır:

“Vaxtilə Ermənistan əhalisi Azərbaycanın hesabına yaşayırdı, tikib yaradırdı. Azərbaycan xalqı hər zaman erməniləri dolandırırdı, acından ölməyə imkan vermirdi, yanımızda çox rahat yaşayırdılar. Ancaq Serj Sarkisyan hakimiyyəti buna imkan vermədi. Nəticədə də erməni əhalisi dilənçi vəziyyətinə düşdü. Bu gün Ermənistan bütün regional və beynəlxalq layihələrdən təcrid olunub. Ermənilər yaxşı anlayır ki, əgər Serj Sarkisyan Azərbaycan torpaqlarını işğal etməsəydi, indi onlar Azərbaycana gedib-gəlirdilər, çox yaxşı yaşayacaqdılar. İnanın ki, Serj Sarkisyanı devirən erməni əhalisi Azərbaycan dövlətində yaşamaq üçün əldən-ayaqdan gedir. Ancaq Serj Sarkisyan hakimiyyəti buna imkan vermirdi. Əgər erməni əhalisi gəlib Azərbaycan bayrağı altında yaşasa, onlar üçün də bütün şərait yaradılacaq. Mən Ermənistanda Serj Sarkisyanı hakimiyyətdən devirən etirazçıların hər birinə öz təşəkkürümü bildirirəm. Onlara tövsiyəm odur ki, özlərinə ağıllı rəhbər seçsinlər, Azərbaycan torpaqlarından gözlərini çəksin və işğal altında olan ərazilərimizdən xoşluqca geri çəkilsinlər. Bu olarsa, Azərbaycan erməni əhalisinə bütün şəraiti yaradacaq”.

İnterpress.az