Yeni ekologiya naziri Muxtar Babayevbackend

Yeni ekologiya naziri Muxtar Babayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, onun yerinə Muxtar Babayev təyin olunub.

Qeyd edək ki, Muxtar Babayev Sumqayıt 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Yeni nazirin tərcümeyi- halı:

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
1986-1988-ci illərdə hərbi xidmətdə olub.Ailəlidir, 2 övladı var.Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti \”Azərikimya\” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.Yeni Azərbaycan Partiyasının üzvüdür.
7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2010-cu ilin dekabr ayında isə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilib.

İnterpress.az