"AŞ PA-nın korrupsiya barədə hesabatı qeyri-obyektivdir" - Millət vəkili » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"AŞ PA-nın korrupsiya barədə hesabatı qeyri-obyektivdir" - Millət vəkili

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) korrupsiya barədə hesabatı qeyri-obyektivdir".

Dərc edilib: 23 aprel 2018 [19:47]
Baxış sayı: 8116

İnterpress.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahibə Qafarova AŞ PA-nın yaz sessiyası zamanı deyib.

O bildirib: “Hesabat qeyri-obyektivdir və çox qərəzli hazırlanıb. Fikrimcə, bununla bağlı hər bir söz ölçülüb-biçilməli və sənədləşdirilməlidir”.

Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT Parlament Assambleyasının missiyasının, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və AŞ PA-nın hesabatlarından danışan deputat deyib ki, bi mövqe milyonlarla Azərbaycan seçicisinə qarşı hörmətsizlikdir:

“Bu missiyanın seçkilərlə bağlı hesabatı təəccüb doğurur. Onlar ikili standartlardan qurtula bilməyib. Digər müşahidəçilər tamamilə fərqli məqamları qeyd ediblər. Hesabat subyektiv mövqelərə əsaslanır. Azərbaycan qanunvericiliyinə əsasən, seçkilər ilk növbədə ölkə vətəndaşları üçün təşkil olunur. Seçicilərin azad iradəsi qanuna uyğun olaraq ifadə edildi. Həm seçki kampaniyası, həm də səsvermə prosesi şəffaf və ədalətli keçib”.

Millət vəkili həmçinin, "Ermənistan Avropa Şurasının (AŞ) yeganə üzvüdür ki, 25 ildir başqa dövlətin ərazisini işğal edib",- deyə qeyd edib:

"Ermənistan azərbaycanlıların kütləvi şəkildə qətlində iştirak edib və hələ də işğalçılıq siyasətini davam etdirir. Bu, Avropa cəmiyyəti üçün qara ləkədir və biz avropalı olaraq müvafiq tədbirlər görməliyik".

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 42