Bakı metrosu yenə qarışdı — Vaqonlar boşaldıldıbackend

Bakı metrosu yenə qarışdı — Vaqonlar boşaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbətçinin \”Qatara minik yoxdur\” xəbərdarlığından sonra platformaya daxil olan qatar dayanmadan yoluna davam edib.

8 dəqiqə sonra əks istiqamətdə (Üzü \”Həzi Aslanov\” stansiyasına doğru) hərəkət edən sərnişinlə dolu qatar növbətçinin növbəti \”Qatara minik yoxdur. Vaqonları tərk edin\” xəbərdarlığı ilə metroda yaranan sərnişin sıxlığını pik həddə çatdırıb.

\”Bakı Metropoliteni\” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Milli.Az-a verdiyi məlumata görə, \”Həzi Aslanov\” istiqamətində hərəkət edən qatarın sərnişinlərinin dərhal vaqonları tərk ertmələrinə, vaqonlardan birinin qapısında yaranan nasazlıq səbəb olub:

\”Bir vaqonun qapısı nasaz idi. Ona görə, sərnişinləri boşaldıb, depoya getdi. Yerinə də depodan qatar buraxıldı xəttə\”.

İnterpress.az