Seyid Talehin bu videosu izləmə rekordu qırdı – VİDEObackend

Seyid Talehin bu videosu izləmə rekordu qırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterrpess.az xəbər verir ki, dini mahnılar oxuyan müğənni Türkiyədə toyların birinə dəvət alıb. Sufi təriqətinin nümayəndələrinin sahibi olduğu toyda maraqlı anlar yaşanıb.

Hadisə \”Bianca Restaurant\”da baş verib.

Belə ki, Seyid Talehin oxuduğu dini mahnıların müşayiəti ilə toy iştirakçıları olan sufilərin fırlanaraq dini ayinlərini icra etməsi diqqəti cəlb edib. Sufilərin dini ayinlərini icra etməsi və Seyid Talehin sözügedən toyda müğənnilik etməsi radikal dindarlar arasında birmənalı qarşılanmayıb.

Dindarlar bu dəfə də Seyid Talehi kəskin şəkildə qınayıblar.

Qeyd edək ki, Seyid Taleh Boradigahi kimi tanınan məddah daha çox qalmaqalları ilə yadda qalıb. Onun bir neçə ay bundan əvvəl klarnet, nağara və digər bu kimi musiqi alətlərinin müşayiəti ilə İslam Peyğəmbərinə həsr olunmuş mahnıları oxuması qalmaqala səbəb olmuşdu.

İnterpress.az