Azərbaycan Avropaya elektrik enerjisi nəql edə bilərbackend

Azərbaycan Avropaya elektrik enerjisi nəql edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Gürcüstan Qara dənizdə sualtı elektrik xətti vasitəsilə Avropanın enerji sisteminə qoşula bilər\”.

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Grossenergygroup” şirkətinin nümayəndəsi İrakli Tkebuçava bildirib.

Onun sözlərinə görə, layihənin ilkin texniki-iqtisadi tədqiqatı aparılıb: “Gürcüstanı Bolqarıstan və Rumıniya ilə birləşdirəcək xəttin inşası nəzərdən keçirilir. Tikinti işlərinə təxminən 3 mlrd. dollardan çox vəsaitin xərclənəcəyi nəzərdə tutulur”.

Layihənin həyata keçiriləcəyi təqdirdə Gürcüstan Avropanın enerji şəbəkəsi ilə əlaqəli olacaq. Xəttin köməyi ilə Azərbaycan da Avropaya elektrik enerjisi tədarük edə biləcək.

Layihə ilə bağlı Gürcüstanın hökumət və beynəlxalq təşkilatların nümayəndələri ilə məsləhətləşmələrin aparılması planlaşdırılır.

İnterpress.az