Fuad Muradov: “Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız”backend

Fuad Muradov: “Heç biriniz diqqətdən kənarda qalmayacaqsınız”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinə yeni təin olunan sədr Fuad Muradov təyinatı ilə onu təbrik edənlərə təşəkkürünü bildirib:

\”Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz! Bu yüksək etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram. Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı sözün yaxşı mənasında məni təəccübləndirdi. Mən əminəm ki, sizin hər birinizinin ürəyi doğma vətənə sevgi ilə döyünür. Xaricdə yaşayan həmvətənlərimiz ilə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram. Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaqsınız. Bir daha hər birinizə təşəkkür edirəm\”.

İnterpress.az