Metropolitendə cibgirlik edən şəxs tutulubbackend

Metropolitendə cibgirlik edən şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini G.Bədəlova “Gənclik” stansiyasının platformasında çantasından mobil telefonunun oğurlandığını bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev olduğu məlum olub. Ətrafında aparılan tədbirlərlə onun aprelin 22-də metronun “İçərişəhər” stansiyasının platformasında Ağdam rayon sakini İ.Məhəmmədlinin cibindən mobil telefon oğurladığı da müəyyən edilib.

Mobil telefonlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az