DİN-dən məktəblinin zorlanması ilə bağlı açıqlama – “Deyilənlər təsdiqini tapmayıb”backend

DİN-dən məktəblinin zorlanması ilə bağlı açıqlama – “Deyilənlər təsdiqini tapmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeydə edib ki, bəzi KİV-də paytaxtın Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar əslində hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkil yayılan dezinformasiyadır”.

Qeyd edək ki, mətbuatda Xətai rayonunda yerləşən orta məktəbin 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə məlumatlar yayılıb.

İnterpress.az