Bakının bu hissələrində sabah qaz olmayacaqbackend

Bakının bu hissələrində sabah qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azəriqaz” İB-ə istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315,159 və 108mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, aprelin 26-da saat 10:00-dan təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

İnterpress.az