Bakıda daha bir metro stansiyası açılırbackend

Bakıda daha bir metro stansiyası açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüləcək işlərlə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hazırda bir neçə metro stansiyasının tikintisi davam etdirilir:

\”Hazırda paytaxtın Ceyhun Səlimov küçəsindəki \”Bənövşəyi xətt\” üzrə şərti adı \”B3\” olan metro stansiyası, \”Xocahəsən\” Elektrik Deposu, \”Avtovağzal\” stansiyasından \”Xocahəsən\” Elektrik Deposuna gedən tunel və \”Həzi Aslanov-2\” stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci \”B3\” stansiyası istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq\”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiyanın bu il istifadəyə verilməsi gözlənilmir:

\”Ən birinci açacağımız \”B3\” metro stansiyasının bu il istifadəyə verilməsi gözlənilmir. Əgər işlər qaydasında davam edərsə, stansiya gələn il istifadəyə verilə bilər\”.

Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. \”Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud – Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt – Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

İnterpress.az