Dnepropetrovskda azərbaycanlılarla bağlı yeni qərarlar qəbul edilibbackend

Dnepropetrovskda azərbaycanlılarla bağlı yeni qərarlar qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə toplantıda Konqresin vilayət üzrə təşkilatında strukturlar yenilənib, gənclər təşkilatında dəyişikliklər edilib.

Toplantıda çıxış edən BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti Rövşən Tağıyev bildirib ki, Ukraynada azərbaycanlılar Konqres ətrafında sürətlə və sıx birləşir, Azərbaycan həqiqətlərinin tanınması və qorunmasında daha da fəal müstəviyə keçir: “Ona görə də regionlarda biz təşkilatların yenilənməyinə ehtiyac duyuruq və bu davam edəcək”.

R.Tağıyev Ukraynada yaşayan azərbaycanlıların aprelin 11-də keçirilən prezident seçkilərini dəstəklədiyini, xalqın ölkənin işıqlı gələcəyinə, sabitliyinə səs verməsini təqdir etdiklərini bildirib.

Daha sonra toplantıda Ukraynadakı Azərbaycan diasporunun iqtisadi blokda yeni layihələri müzakirə olunub və qərarlar qəbul edilib. Ukrayna və Azərbaycan arasında əlaqələrin inkişafında diasporun yeni proqramları nəzərdən keçirilib. Bildirilib ki, gənclər ölkənin yerli mətbuatında və ictimai-siyasi proseslərində daha fəal olmalıdırlar.

Tədbirdə BUAK-ın Dnepropetrovsk vilayəti üzrə sədri Nəcəf Əhmədov çıxış edərək vilayətdəki görüləcək işlərdən danışıb. O, iqtisadi blokda görüləcək işlərin faydaları haqqında ətraflı məlumat verib.

Toplantı diaspor fəallarının çıxışı ilə davam edib.

İnterpress.az