Güneylilərin Həsən Ruhaniyə göndərdikləri məktublar zibil qutusuna atıldı – VİDEObackend

Güneylilərin Həsən Ruhaniyə göndərdikləri məktublar zibil qutusuna atıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Təbrizdə yaşayan bir qrup azərbaycanlı məlumat verib. Məlumatda deyilir ki, başda təbrizlilər olmaqla, Güneydə yaşayan digər türklər tərəfindən yazılaraq İran Prezidenti Həsən Ruhaniyə göndərilən məktublar ünvana çatdırılmayıb.

Məlumatda həmin məktubların məmurlar tərəfindən zibil qutularına atıldığı bildirilir.

Təbrizlilər məktubda Azərbaycan dilinin orta məktəblərdə tədris olunması üçün İran rəhbərliyinə müraciət ünvanladığını bildiriblər.

Amma müəyyən şəxslərin mövqeyi səbəbindən onların sözügedən məktubları İran rəhbərliyinə çatdırılmayıb.

Qeyd edək ki, bir neçə gün bundan öncə H.Ruhani Təbrizdə yaşayan azərbaycanlılarla görüş keçirib və onların problemlərinin həlli istiqamətində göstərişlər verib.

İnterpress.az təbrizlilərin yazdıqları məktubların zibil qutularına atılmasını əks etdirən görüntüləri təqdim edir: