Etiraz dalğası bütün şəhərləri bürüyəcək – Paşinyan baş nazir postuna iddialıdırbackend

Etiraz dalğası bütün şəhərləri bürüyəcək – Paşinyan baş nazir postuna iddialıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə aksiyanın lideri Nikol Paşinyan deyib.

\”İrəvanda aksiyaları müvəqqəti dayandırırıq. Qoy tərəfdarlarımız bir-iki gün istirahət edib güclərini bərpa etsinlər\”, – deyə Paşinyan dünən keçirilən mitinqdə çıxışı zamanı deyib.

Paşinyan Gümri mitinqində iştirak etmək istəyənləri İrəvanda bir araya toplayaraq Gümriyə avtomobil yürüşü etməyə dəvət edib. O bildirib ki, Gümridən sonra etiraz aksiyaları Vanadzorda davam etdiriləcək.

Qeyd edək ki, Paşinyan Gümri və Vanadozrda aksiya keçirməyi planlaşdırmamışdan öncə baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı görüşə dəvət edib.

Amma Karapetyan müxalifət lideri ilə görüşdən imtina edib.

Bundan sonra müxalifət lideri etiraz dalğalarının ölkənin dörd bir yanına yayılacağını vurğulayıb. Paşinyan bildirib ki, baş nazir vəzifəsinə xalq tərəfindən onun namizədliyi irəli sürülüb. O, Ermənistanda korrupsiyaya batmış diktator rejimin ləğv edilməsinin yalnız onun baş nazir vəzifəsinə gələndən sonra işartıları yarana bilər.

\”Biz öz tərəfdarlarımızla birgə qərara gəlmişik ki, hakimiyyət davası, vəzifə ticarəti və dövlət üzərindən heç alış-veriş ola bilməz. Bunu hakimiyyət bilməlidir ki, biz xalaq olaraq heç bir sövdələşməyə gizli şəkildə getməyəcəyik. Danışıqları da xalqın gözü qarşısında aparacağıq. Ki, hər şey şəffaf olsun. Ya xalqın tələbi və dəstəyi ilə mən baş nazir seçiləcəyəm, ya da Ermənistanda ümumiyyətlə baş nazir olmayacaq\”, – deyə Paşinyan Ermənistan hakimiyyətinə ultimatum göndərib.

İnterpress.az