Deputatlığa namizədin şəklini öpdüyünə görə cərimələndi – 85 min dollarbackend

Deputatlığa namizədin şəklini öpdüyünə görə cərimələndi – 85 min dollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə İraqda baş verib. Belə ki, gənc seçicilərdən biri şəhərin mərkəzində namizədlər üçün ayrılmış lövhədə yapışdırılan qadın namizədin şəkilini öpüb. Daha sonra bunu mobil telefonu vasitəsilə lentə alaraq sosial şəbəkədə paylaşıb.

Gənc oğlan deputatlığa namizəd olan Hətbə əl-Həsnəvinin gözəl dodaqlara sahib olduğu üçün onu bəyəndiyini və seçkilərdə ona səs verəcəyini bildirib.

Hadisədən xəbər tutan Hətbə əl-Həsnəvi gənc oğlanın onun fotosunu öpməsini və onun gözəl dodaqlara sahib olduğunu deməsini təhqir kimi dəyərləndirib.

Və oğlan barəsində məhkəməyə müraciət edib.

Məhkəmənin hökmü ilə gənc oğlana etdiyi bu hərəkətə görə cərimə tətbiq edilib. Beləliklə, məhkəmənin qərarı ilə gənc oğlanın öpüşünün cəriməsi 100 milyon dinar, yəni, təxminən 85 min dollara yaxın bir məbləğə başa gəlib.

İnterpress.az