Bakı məktəbindəki şantaj olayına NAZİRLİK QARIŞDI: Hadisə araşdırılır…backend

Bakı məktəbindəki şantaj olayına NAZİRLİK QARIŞDI: Hadisə araşdırılır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İddia edilir ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman videogörüntülərini çəkib. İddia edilir ki, S.H. sevgilisi olan Zalovla əlbir olub X.R.-nı intim videogörüntüləri ilə şantaj edərək pul tələb edib. Bu hadisədən sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar.

Bununla bağlı big.az Bakı Təhsil İdarəsinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Araşdırmalar tamamlanandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu məsələ Bakı şəhər Baş Polis İdarəsində araşdırılır.

İnterpress.az