Sabir Rüstəmxanlı Moskvada görüşlər keçirib – FOTObackend

Sabir Rüstəmxanlı Moskvada görüşlər keçirib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada azərbaycanlı müəllimlərin təşəbbüsü ilə yığıncaq keçirilib.

İnterpress.az xəbər verir ki, Rusiyada yaşayan həmyerlilərimizin ana dilində təhsil məsələsinə həsr olunmuş yığıncaq keçirilib. Yığıncaqda xüsusi dəvət almış Azərbaycanın Xalq Şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı iştirak edib.

Rus pedaqoqlarının da qatıldığı yığıncaqda Rusiya məktəbləri üçün Azərbaycan dili dərsliklərinin hazırlanması məsələləri müzakirə edilib.

Qeyd edək ki, yığıncaq Moskvada Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru azərbaycanlı müəllim Azər Səfərovun təşkilatçılığı ilə keçirilib.

Sabir Rüstəmxanlı Moskvada görüşlər keçirib - FOTO

Sabir Rüstəmxanlı Moskvada görüşlər keçirib - FOTO

Sabir Rüstəmxanlı Moskvada görüşlər keçirib - FOTO

İnterpress.az