Moldovanın Sosialistlər Partiyasının sədri İlham Əliyevi təbrik edibbackend

Moldovanın Sosialistlər Partiyasının sədri İlham Əliyevi təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, təbrik məktubunda bildirilib ki, seçicilərin 86 faizdən çoxunun səsini qazanaraq əldə edilən qələbə prezident İlham Əliyevin ölkədəki yüksək nüfuzunun və Azərbaycanın inkişafı naminə həyata keçirdiyi siyasətə həqiqətən də ümumxalq dəstəyinin göstəricisidir.

Z. Qreçanı Azərbaycan prezidentinin Moldova-Azərbaycan münasibətlərinin inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndirib: “Rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyası ilə sıx və məhsuldar əməkdaşlığın qurulmasına görə Sizə xüsusilə minnətdarıq. Tam səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz və partiyalarımız arasındakı əməkdaşlığın uğurlu inkişafı gələcəkdə də davam edəcək. Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

İnterpress.az