Vladimir Putin konfransda heç belə pərt olmamışdı – FOTObackend

Vladimir Putin konfransda heç belə pərt olmamışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, ötən gün V.Putin Rusiya parlamentinin üzvlərinin təşkilatçılığı ilə keçirilən konfransa qatılıb.

Konfransda öncədən çıxış üçün hazırladığı qeydləri oxumağa çalışan Rusiya prezidenti çətin anlar yaşayıb. Belə ki, Putinin şəxsən özünün yazdığı qeydləri oxuya bilməməsi konfrans iştirakçıları arasında təəccüb doğurub.

\”Elə bil ki, vərəqin üzərində toyuqlar gəzib. Mən öz yazdığımı özüm oxuya bilmirəm\”, – deyə Putin düşdüyü çətin vəziyyətdən zarafatla çıxa bilib. Rusiya liderinin bu zarafatı konfransda gülüşə səbəb olub.

Daha sonra V.Putin: \”Narahat olmayın, öz yazdıqlarım hamısı yadımdadır. Sadəcə, qeyd apararkən hiss olunur ki, biraz tələsik yazmışam\”, deyə iştirakçıları gülüş \”krizi\”ndən çıxarmağı bacarıb.

İnterpress.az

Vladimir Putin konfransda heç belə pərt olmamışdı - FOTO