Hamilton Formula 1 Azərbaycan Qran Prisinin qalibi oldubackend

Hamilton Formula 1 Azərbaycan Qran Prisinin qalibi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ferrari pilotu Kimi Raykkonen ikinci, Force İndia pilotu Serxio Perez isə üçüncü oldu. Perez üçün bu yarış əlamətdar oldu. Bakıda keçirilən ilk yarışda da Perez üçüncü olmuşdu.

Qalibləri podiumda Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mükafatlandırdı.

Yarış çoxsaylı qəzalarda, gözlənilməz ötmələrlə yadda qaldı. Yarışın əvvəlində Raykkonenlə mübarizə aparan Esteban Okon qəzaya uğradı. Alonsonun təkəri deşildiyindən vaxtından əvvəl boksa getməli oldu. Villiams komandasının yeni pilotu Sergey Sirotkin Alonso və Hülkenberqin arasında qaldı. Bolidi zədələndiyindən elə ilk dövrədəcə yarışı dayandırmalı oldu.

Bu səbəbdən təhlükəsizlik avtomobili trasa çıxdı. Bu fürsətdən yararlanan Alonso pit-stopa yollanaraq təkəri dəyişdi və yenidən yarışa qayıtdı.

Yarış boyu bir-biri ilə mübarizə aparan Red Bull pilotları gərgin mübarizə fonunda toqquşdular. Nəticədə elə hər iki pilot finişə çata bilmədi. Növbəti dəfə təhlükəsizlik avtomobili trasa qayıtdı.

Təkərlərini isitməyə çalışan Roman Qrojan isə 44-cü dövrədə gözlənilmədən İstiqlaliyyət küçəsində bolidi divara çırpıldı.

Finişə 4 dövrə qalmış təhlükəsizlik avtomobili trası tərk etdi. Bottasın təkərinin deşilərək sıradan çıxması, həmçinin Sebastyan Fettelin səhvə yol verməsi Hamiltonu qalibiyyətə aapardı.

Hazırda turnir cədvəlinə 70 xalla Luis Hamilton başçılıq edir. Fettel isə ondan 4 xal geridədi.

Komanda hesabında isə Ferrari komandası liderdi – 114 xalla. Ən yaxın rəqibi Mercedes isə ondan 4 xal geridədi.

Növbəti mübarizə isə 2 həftə sonra Barselonada baş tutacaq.

İnterpress.az