Kreml yenidən Balkanları qarışdırır – Qərb mətbuatıbackend

Kreml yenidən Balkanları qarışdırır – Qərb mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb analitikləri demək olar ki, hər həftə Rusiyanın Balkanlarda aktivliyini təşvişlə izləyir və bununla bağlı həyəcan siqnalı verirlər. Onlar Moskvanın əli ilə Avropanın ən tektonik zonası və hər an qızışa biləcək münaqişə ocaqlarından sayılan Balkanlarda yenidən müharibənin törədilə biləcəyindən ehtiyat edirlər.

“Hərbi cinayətkar və 40 il müddətinə azadlıqdan məhrum edilmiş Radovan Karaciçin BMT-nin Haaqada yerləşən Beynəlxalq məhkəməsində apellyasiya şikayəti üzrə işə baxılan gün Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasını Rusiyadan gələn yüksək çinli məmur və deputatlar ziyarət ediblər. Belə təsadüflərə heç kim inanmaz”, – Almaniyanın “Tageszeitung” qəzetindəki məqalədə yazılıb.

Yazıda deyilir ki, Rusiyanın nümayəndə heyətinin rəhbəri Valentina Matviyenko Serb Respublikası parlamentindəki çıxışında Rusiyanın bölgədəki serblərə xüsusi münasibətindən söhbət açıb və Kremlin Serb Respublikasına hər zaman dəstək verəcəyini vurğulayıb.

Kreml yenidən Balkanları qarışdırır – Qərb mətbuatı

“Bosniyadakı müsəlmanların və xorvatların fikrincə isə Serb Respublikası hərbi cinayətlərin, on minlərlə insan qətlinin, habelə Radovan Karaciç tərəfindən yüz minlərlə vətəndaşın sürgün edilməsi hesabına yaranıb”, – məqalədə qeyd olunub.

Valentina Matviyenko isə öz çıxışında Bosniya və Herseqovinanın NATO-ya üzvlüyünün bölgədə təhlükəsizliyi və sabitlyi pozacağından bəhs edib.

“Təəccüblü deyil ki, Matviyenkonun Serb Respublikası parlamentindəki sözlərindən sonra qeyri-serb deputatlar etiraz olaraq iclas zalını tərk ediblər”, – yazıda bildirilir.

Müəllif Erik Ratfelder ölkənin digər hissəsinin, yəni, Bosniya-Xorvat federasiyasının israrla Avropa Birliyinə can atdığını, lakin serblərin buna əngəl olduğunu qeyd edir. “Çünki orda dəqiq bilirlər ki, ruslar artıq neçə ildir Serb Respublikasında ümumi Bosniya ordusundan kənarda, müstəqil ordu qurmaq istəyir”, – Ratfelder vurğulayır.

Kreml yenidən Balkanları qarışdırır – Qərb mətbuatı

“Kreml Bosniya və Herseqovinada yenə aranı bir-birinə qatmaq istəyir. Serb polisinin hərbləşdirilməsi onun getdikcə orduya çevrilməsinə gətirib çıxarcaq”, – Srebrenitsa faciəsi zamanı serb vəhşiliyindən canını qurtarmış Əmir Sulyagiç “Azadlıq Radiosu”na verdiyi müsahibədə deyib. Onun fikrincə, situasiya eynilə Ukraynadakı müharibə öncəsi vəziyyəti xatırladır. Ruslar burada hərbi dəstələr yaradaraq Avropa Birliyini gərginlikdə saxlamaq niyyətindədir. Bundan başqa, Əmir Sulygiç serb silahlılarının Ukraynanın şərqində gedən mühadirəbə döyüş təcrübəsi keçdiyini bildirir.

Bosniyanın tanınmış ictimai xadimlərindən Slavo Kukiç də bölgədə yeni münaqişə ocağının yaranmasından bəhs edib.

Lakin serb icmalçı Mişo Vidoviç rusiyapərəst güclərin aktivliyini istisna etməsə də, hazıkı dövrdə müharibənin baş vermə ehtimalının az olduğunu söyləyib. Onun fikrincə, indiki məqamda Putinə Balkanlarda yeni eskalasiya lazım deyil. (musavat)

İnterpress.az