Qadın həbsxanada öldübackend

Qadın həbsxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Ölkə.Az”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət məcəlləsinin oğurluq maddəsi ilə məhkumluq həyatı yaşayan, 1949-cu il təvəllüdlü Nadirova Şərifə Qara qızı dünyasını dəyişib. İlkin müayinələr zamanı məlum olub ki, 69 yaşlı qadın qan təzyiqi xəstəliyindən əziyyət çəkib.
Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, Yevlax rayon sakini olan Ş.Nadirova 2012-ci ilin yanvar ayında 2 kişi ilə birgə Salyan rayonunda yerləşən mağazadan oğurluq etdiyinə görə saxlanılıb. Oğurladıqları əşyaların dəyəri küllü miqdar olmadığına görə, Nadirova azadlığa buraxılsada 2013-cü ilin yanvar ayında analoji cinayətə görə Qaradağ polisi tərəfindən yenidən tutulub və azadlıqdan məhrum edilib.

İnterpress.az